Rusiyada xalq yanacaq axtarır, deputatlar mükafat alır?
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin yanacaqdoldurma məntəqələrində yaranan növbələr və yanacaq satışına tətbiq edilən məhdudiyyətlərlə bağlı müzakirə zamanı benzin problemini ölkənin birliyindən daha vacib hesab edən şəxsləri xəyanətdə ittiham edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Volodin rusiyalıları daxili çətinliklər səbəbindən titrəməməyə və vəziyyətə görə narahat olmamağa çağırıb. O, çıxışında cəmiyyətin həmrəyliyinin qorunmasının vacibliyini vurğulayıb.
Məlumata görə, deputatlar üçün keçirilən qapalı iclasda isə Volodin fərqli mövqe nümayiş etdirib. Bildirilir ki, o, Dövlət Dumasının 2026-cı il büdcəsində qənaət nəticəsində yaranan 2 milyard rubl vəsaitin deputatlar arasında vaxtından əvvəl mükafat kimi bölüşdürüləcəyini açıqlayıb.
Qeyd olunur ki, məbləğ bərabər şəkildə bölünsə, hər bir deputatın payına təxminən 4,5–4,6 milyon rubl düşə bilər.
19:54 10.07.2026
Oxunuş sayı: 56