GAİM-də ingilis dili dərsləri təlim və əyləncəni bir araya gətirir
Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin “Yay Məktəbi”ndə ingilis dili dərsləri uğurla davam edir.
Crossmedia.az xəbər verir ki, dərslər iştirakçıların dil biliklərinin, ünsiyyət bacarıqlarının inkişafı və xarici dildə sərbəst ünsiyyət bacarıqlarının formalaşdırılmasına yönəlib.
İngilis dili proqramına nitqin inkişafı və ünsiyyət bacarıqlarının təkmilləşdirilməsi, əyləncəli fəaliyyətlər, təlimlər, intellektual oyunlar və bilik yarışmaları daxildir.
Üç ay davam edəcək dərslər həftənin II, IV və VI günləri saat 14:00-dan 17:00-dək peşəkar müəllim Firudin Bayramovun rəhbərliyi ilə keçiriləcək. Proqramın sonunda bütün iştirakçılara sertifikat təqdim olunacaq.
Qeydiyyat və əlavə məlumat üçün aşağıdakı əlaqə vasitələrinə müraciət etmək mümkündür:
Tel.:+995 588 883 919
E-mail: [email protected]
23:58 09.07.2026
Oxunuş sayı: 40