Qara dənizdə gərginlik artır: Ukrayna Rusiyanın tankerinə hücum etdi
Ukrayna Təhlükəsizlik Xidməti Qara dənizdə Rusiyanın kölgə donanmasına aid olduğu bildirilən Blue tankerinin dəniz dronu ilə vurulduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, zərbə pilotsuz dəniz aparatı vasitəsilə həyata keçirilib. Hücum anını əks etdirən videogörüntülər də təhlükəsizlik Xidməti tərəfindən ictimaiyyətə təqdim olunub. Hadisənin nəticələri ilə bağlı hələlik əlavə məlumat verilməyib.
00:06 09.07.2026
Oxunuş sayı: 69