İran XİN rəhbəri xalqına müraciət etdi: Cavabımız əməl ilə olacaq
İranın xarici işlər naziri Abbas Əraqçi xalqına müraciət edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazir bildirib ki, İran xalqına qarşı işlədilən alçaldıcı ifadələr ölkənin nüfuzuna və xalqın əzəmətinə təsir edə bilməz.
O qeyd edib ki, iranlılar öz mədəniyyəti, nəzakəti və mənəvi dəyərləri ilə tanınır.
“Biz kobudluğa kobudluqla cavab vermirik. Cavabımız əməl ilə olur — qorxmadan və böyük cəsarətlə”, – deyə İran xarici işlər naziri vurğulayıb.
23:15 08.07.2026
Oxunuş sayı: 64