Türkiyənin ABŞ-dan gözləntisi açıqlanıb
Türkiyə ABŞ-dan ilkin razılaşma çərçivəsində 6 ədəd F-35 qırıcısının tədarük olunacağına ümid edir.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Bloomberg˝ məlumat yayıb.
Məlumata görə, bunun üçün ABŞ Prezidenti Donald Trampın Türkiyəyə F-35 satışına qoyulan qadağanı ləğv etməsi tələb olunur.
Qeyd edək ki, Türkiyə daha əvvəl F-35 proqramının iştirakçılarından biri olub, lakin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri aldığı üçün proqramdan çıxarılıb.
22:45 08.07.2026
Oxunuş sayı: 52