Novak: Rusiya digər ölkələrdən yanacaq idxalına başlayır
Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, ölkə digər dövlətlərdən yanacaq idxalına başlayır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Rusiyada dizel yanacağının ixracına tam qadağa tətbiq edilib.
Novak əlavə edib ki, hökumət daxili bazarda yanacaq təminatının sabit saxlanılması üçün əlavə tədbirlər görür.
22:25 08.07.2026
Oxunuş sayı: 49