Rusiya MN: Qara dənizdə 6 pilotsuz kater məhv edilib, Ukrayna 1540 hərbçi itirib
Rusiya Müdafiə Nazirliyi növbəti gündəlik brifinqində son sutka ərzində döyüş əməliyyatlarının nəticələri barədə məlumat yayıb.
Crossmedia.az xəbər verir ki, nazirliyin açıqlamasına görə, Rusiya Hərbi Dəniz Donanmasının Qara dəniz donanmasının qüvvələri Ukrayna Silahlı Qüvvələrinə məxsus 6 pilotsuz kateri məhv edib.
Nazirlik həmçinin bildirib ki, Rusiya qoşun qruplaşmalarının məsuliyyət zonalarında son 24 saat ərzində Ukrayna ordusu təxminən 1540 hərbçi itirib.
Ukrayna tərəfi isə Rusiya Müdafiə Nazirliyinin bu açıqlamalarına hələlik münasibət bildirməyib.
14:41 07.07.2026
Oxunuş sayı: 47