Azyaşlıya zor tətbiq edən şəxs saxlanılıb - Sorğu
Sosial şəbəkələrdə azyaşlıya qarşı fiziki zor tətbiq edilməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, qanunazidd əməli törədən 29 yaşlı A.Ağalarov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Onun səhhəti nəzərə alınaraq, ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Ayhan
12:37 07.07.2026
Oxunuş sayı: 58