Konqoda Ebola qurbanlarının sayı 500-ü keçdi
Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı son 24 saat ərzində daha 14 nəfər artaraq 506-ya çatıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, eyni dövrdə virusa yoluxanların sayı daha 33 nəfər artaraq 1 561 nəfərə yüksəlib.
Məlumata görə, hazırda xəstəlik üzrə ölüm göstəricisi 32,4 faiz təşkil edir. Səhiyyə qurumları virusun yayılmasının qarşısını almaq üçün epidemioloji nəzarət və mübarizə tədbirlərini davam etdirir.
16:06 06.07.2026
Oxunuş sayı: 45