Zelenski Trampla NATO sammiti öncəsi mühüm razılığa gəldi
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla telefon danışığı apardığını açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Zelenskinin sözlərinə görə, danışıq zamanı Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması üçün real perspektiv müzakirə olunub.
Prezident bildirib ki, tərəflər cəbhədəki son vəziyyəti də nəzərdən keçiriblər.
Zelenski vurğulayıb ki, ABŞ-ın qətiyyətli mövqeyi müharibənin başa çatmasında həlledici rol oynaya bilər.
Liderlər söhbəti NATO-nun Ankarada keçiriləcək sammiti çərçivəsində şəxsi görüşdə davam etdirmək barədə razılığa gəliblər.
10:00 05.07.2026
Oxunuş sayı: 62