AZAL: Naxçıvan reyslərində gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur
"Azərbaycan Hava Yolları"nın (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 5 iyul 2026-cı il tarixinə planlaşdırılan bir sıra reyslərində Naxçıvanda hökm sürən qeyri-sabit hava şəraiti səbəbindən gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur.
Bu barədə Crossmedia.az-a AZAL-ın Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar.
09:55 05.07.2026
Oxunuş sayı: 64