21 milyon insan bu qapıçını izləməyə başladı
Kabo-Verde millisinin qapıçısı Vozinya dünya çempionatındakı parlaq çıxışından sonra sosial şəbəkələrdə böyük populyarlıq qazanıb.
Crossmedia.az xəbər verir ki, Vozinyanın Instagram hesabının izləyici sayı 21 milyonu ötüb.
Bununla da Kabo-Verde millisinin qapıçısı bu platformada izləyici sayına görə ispaniyalı əfsanəvi qolkiper İker Kasilyası geridə qoyaraq dünyanın ən populyar qapıçısı olub.

09:30 05.07.2026
Oxunuş sayı: 69