Zelenski: Əgər Konstantinovka Rusiyanın nəzarətindədirsə, Putin orada mənimlə görüşə bilər
Zelenski: Əgər Konstantinovka Rusiyanın nəzarətindədirsə, Putin orada mənimlə görüşə bilər.
Crossmedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın nəzarətində olduğu iddia edilən Konstantinovka ilə bağlı verdiyi açıqlamada deyib.
Zelenski bildirib ki, əgər Konstantinovka hazırda həqiqətən Rusiyanın nəzarəti altındadırsa, o zaman Rusiya Prezidenti Vladimir Putinin onunla həmin şəhərdə görüşərək müharibəni başa çatdırmasında problem olmamalıdır.
"Əgər Konstantinovka indi Rusiya Federasiyasının nəzarətindədirsə, deməli, Putinin orada mənimlə görüşüb müharibəni başa çatdırmasında heç bir problem olmayacaq", – deyə Zelenski qeyd edib.
14:26 04.07.2026
Oxunuş sayı: 63