Gecə hücumlarının nəticəsi: Krım və Bryanskda itkilər
Krım və Rusiyanın Bryansk vilayəti gecə saatlarında pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Krımın rəhbəri Sergey Aksyonov hücum nəticəsində 1 nəfərin öldüyünü, 10 yaşlı uşaq da daxil olmaqla 2 nəfərin yaralandığını açıqlayıb.
Bryansk vilayətinin rəhbəri Aleksandr Kovalçuk isə Ukraynaya məxsus pilotsuz uçuş aparatının yaşayış evinə zərbə endirməsi nəticəsində 1 nəfərin həlak olduğunu, daha 2 nəfərin yaralandığını bildirib.
Hadisələrin başvermə şəraiti və hücumların nəticələri ilə bağlı araşdırmalar davam etdirilir.
13:56 04.07.2026
Oxunuş sayı: 49