Rusiyalı deputat benzin növbələrinə görə vətəndaşlara səsləndi: Bir az səbir edin
Rusiya Dövlət Dumasının Nəqliyyat Komitəsinin sədri Yevgeni Moskvıçev yanacaqdoldurma məntəqələrində yaranan növbələrlə bağlı vətəndaşları səbirli olmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, o, bu barədə açıqlama verib.
Moskvıçev bildirib ki, şəxsən iki regiondakı yanacaqdoldurma məntəqələrini yoxlayıb və yanacaq qıtlığı müşahidə etməyib.
“Mən hesab edirəm ki, hamı sadəcə bir az səbir etməlidir və hər şey qaydasına düşəcək. Yanacaqdoldurma məntəqələrində hər şey var. Dünən xüsusi olaraq iki vilayəti gəzdim – növbələr var, gözləmək lazımdır, amma həm dizel yanacağı, həm də benzin mövcuddur”, – deyə deputat bildirib.
10:45 04.07.2026
Oxunuş sayı: 90