Rusiyada benzin qıtlığı avtomobil təmirinə təsir edib
Rusiyada benzin qıtlığı avtomobil təmiri sahəsində gecikmələrə və xidmət xərclərinin artmasına səbəb ola bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Avtosığortaçılar İttifaqının prezidenti Yevgeni Ufimtsev bildirib.
Onun sözlərinə görə, avtomobil ehtiyat hissələrinin çatdırılmasında yaranan gecikmələr təmir müddətini uzada və bərpa işlərinin qiymətini artıra bilər.
Bildirilib ki, Rusiyanın bir sıra regionlarında, xüsusilə Çindən gətirilən ehtiyat hissələrinin tədarükündə çətinliklər yaranıb.
Məlumata əsasən, hazırda daşınmalarda prioritet əsas tələbat mallarına verilir. Avtomobil ehtiyat hissələri isə bu kateqoriyaya daxil olmadığından onların çatdırılması gecikir.
15:54 03.07.2026
Oxunuş sayı: 45