Qazaxıstan Rusiyadan gələn sürücülərə benzin satışına icazə verdi
Qazaxıstan Rusiyadan gələn avtomobil sürücülərinin yanacaq doldurmasına icazə verib. Lakin bu icazə yalnız avtomobilin standart yanacaq çəni üçün keçərlidir.
Crossmedia.az xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov açıqlama verib.
Nazir bildirib ki, Rusiyadan gələn sürücülərin avtomobillərinə benzin vurulması ilə bağlı heç bir məhdudiyyət yoxdur.
"Burada heç bir problem görmürəm. Əgər şəxs gəlib avtomobilini məhz standart yanacaq çəninə doldurursa, buna əlbəttə ki, icazə verilir", – Akkenjenov vurğulayıb.
09:27 03.07.2026
Oxunuş sayı: 47