Ayaqqabı seçiminiz sizi narahat edən məqamı üzə çıxara bilər – Psixoloji test
Yeni psixoloji test ayaqqabı seçiminizin hazırda sizi ən çox narahat edən mövzunu müəyyən edə biləcəyini iddia edir.
Crossmedia.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Məlumata görə, testdə iştirak edən şəxslərə altı fərqli ayaqqabı növündən birini seçmək təklif olunur. Seçimdən asılı olaraq, insanın narahatlıqlarının münasibətlər, iş, təhsil, maliyyə, şəxsi həyat və ya gələcəklə bağlı olduğu bildirilir.
Məsələn, idman ayaqqabısını seçənlərin gələcəklə bağlı narahatlıq keçirdiyi, bot seçənlərin isə iş mühitində özlərini rahat hiss etmədiyi ehtimal edilir.
08:00 03.07.2026
Oxunuş sayı: 71