DİN İqbal Ağazadəyə qarşı dələduzluğa aydınlıq gətirdi - Sorğu
Son zamanların ən böyük kiber-fırıldaqçılığından biri də insanların, xüsusən məşhurların hesablarını ələ keçirib, kontaktındakı şəxslərdən pul istəməkdir. Bu dələduzluğun qurbanlarından biri də Ümid Partiyasının sədri İqbal Ağazadə olub. Partiya sədrinin adından kontaktında olan şəxslərdən pul yığılıb. O, bununla bağlı öz “Facebook” hesabında Daxili İşlər Nazirliyinə (DİN) müraciət ünvanlayıb.
Hadisə ilə bağlı Crossmedia.az-ın sorğusuna cavab olaraq DİN-dən bildirilib ki, məsələ nəzarətə götürülüb və araşdırılır.
Qeyd edək ki, tanınmış jurnalist Ləman Ələşrəfqızı da hadisənin qurbanlarından olub. Belə ki, İqbal Ağazadənin hesabını ələ keçirib yazanlara inanaraq 600 manat məbləğində pul köçürüb. O, bu barədə öz “Facebook” hesabında paylaşım edib.
Ayhan
19:30 02.07.2026
Oxunuş sayı: 50