Çin məktəblərdə və universitetlərdə süni intellekti məcburi fənnə çevirir
Çin hökuməti bütün təhsil müəssisələrində süni intellektin tədrisinin tətbiqini nəzərdə tutan yeni təşəbbüsü təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, "Bloomberg" nəşrinin məlumatına görə, Çin Dövlət Şurasının təsdiqlədiyi beşillik plana əsasən, süni intellekt ibtidai məktəblərdən başlayaraq universitetlərədək bütün təhsil pillələrində məcburi proqramın tərkib hissəsinə çevriləcək.
Plana əsasən, əsas məqsəd şagird və tələbələrdə süni intellektlə işləmək bacarıqlarını formalaşdırmaq, onları yeni texnologiyalardan praktik problemlərin həllində istifadə etməyə hazırlamaq və yüksək ixtisaslı mütəxəssislərin yeni nəslini yetişdirməkdir.
Məlumata görə, islahatlar süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi və ölkədə, xüsusilə gənclər arasında işsizlik səviyyəsinin artdığı bir dövrdə həyata keçirilir.
11:44 30.06.2026
Oxunuş sayı: 45