Ermənistan–Aİ arasında yüksək səviyyəli görüş
Avropa Komissiyasının sədri Ursula von der Leyen 2 iyul tarixində Ermənistan Respublikasına işgüzar səfər edəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Avropa Komissiyası sədrinin görüşü baş tutacaq.
Görüşdən sonra Ermənistanın Baş naziri və Avropa Komissiyasının sədri birgə bəyanatla çıxış edəcək, həmçinin media nümayəndələrinin suallarını cavablandıracaqlar.
21:28 29.06.2026
Oxunuş sayı: 41