Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapılıb
Ağcabədi rayonunda iki yeniyetmənin itkin düşərək naməlum istiqamətə getməsi və axtarışa elan olunması ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan bildirilib.
"Tədbirlərlə həmin yeniyetmələrin Bakı şəhərində olduqları yer müəyyən edilib və aidiyyəti üzrə təhvil verilib. Onların itkin düşməsində kriminal tərkib müəyyən olunmayıb", - məlumatda deyilir.
20:13 23.06.2026
Oxunuş sayı: 51