Pezeşkian danışıqların gələcəyini şərtləndirdi
İran Prezidenti Məsud Pezeşkian danışıqlar prosesində əldə olunan nəticələrin tərəflərin öhdəliklərinə əməl etməsindən asılı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Pezeşkian “X” hesabında paylaşılan məlumata görə, real irəliləyiş yalnız razılaşdırılmış müddəaların tam və dəqiq şəkildə yerinə yetirilməsi ilə mümkündür.
İran lideri vurğulayıb ki, razılaşmalardan kənar açıqlamalar danışıqların davam etdirilməsinə kömək etmir və prosesdə əsas göstərici tərəflərin götürdüyü öhdəliklərə praktiki riayət etməsidir.
13:30 23.06.2026
Oxunuş sayı: 50