Azərbaycan və Türkmənistan gömrük əməkdaşlığını genişləndirmək istəyir
Bu gün Dövlət Gömrük Komitəsində Türkmənistan Gömrük Xidmətinin sədri Maksat Xudaykulıyev ilə görüş keçirilib.
Crossmedia.az bu barədə Komitəyə istinadən xəbər verir ki, görüşdə iki ölkənin gömrük xidmətləri arasındakı əlaqələrdən məmnunluqla bəhs edilib, əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Eyni zamanda hər iki ölkənin gömrük xidmətlərinin əldə etdiyi qabaqcıl təcrübələr barədə məlumat verilib, informasiya texnologiyaları, gömrük statistikası, risklərin idarə olunması, dəniz limanlarında gömrük işinin təşkili və digər sahələrdə əməkdaşlığın gücləndirilməsinə dair məsələlər müzakirə olunub.
17:55 22.06.2026
Oxunuş sayı: 45