Dübəndi sahilində neft sızması: “Azneft” boru xətti zədələnib
Dübəndi sahili yaxınlığında baş verən neft sızması “Azneft” İB-yə məxsus sualtı neft kəmərinin zədələnməsi nəticəsində yaranıb.
Crossmedia.az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat yayılıb.
Məlumata görə, ilkin ehtimala əsasən, boru xətti xarici təsir nəticəsində lövbər toxunuşu səbəbindən zədələnib.
Sızma aşkar edildikdən sonra neftin nəqli dayandırılıb, ərazidə təmir işlərinə başlanılıb və akvatoriyanın təmizlənməsi həyata keçirilir.
Rəsmi qurumlar vəziyyətin nəzarət altında olduğunu, əlavə çirklənmə təhlükəsinin isə olmadığını bildiriblər.
07:58 22.06.2026
Oxunuş sayı: 48