Sumqayıtda yaşayış binasında partlayış baş verib
Sumqayıt şəhərində partlayış hadisəsi qeydə alınıb.
Crossmedia.az bu barədə xəbər verir ki, hadisə 42-cı məhəllədə yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib.
İlkin məlumata görə, partlayış nəticəsində xəsarət alanlar var. Hadisə yerinə təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Ərazidə təhlükəsizlik tədbirləri görülür
Faktla bağlı araşdırma aparılır, partlayışın başvermə səbəbləri müəyyənləşdirilir.(REPORT)
19:19 20.06.2026
Oxunuş sayı: 45