Pakistanda terror aktı: ölənlər var
Pakistanın şimal-qərbində baş verən iki partlayış nəticəsində 7 nəfər həlak olub.
Crossmedia.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Məlumata görə, ilk partlayış sərnişinləri daşıyan pikap avtomobilinin uzaqdan idarə olunan əldəqayırma partlayıcı qurğu ilə hədəf alınması zamanı baş verib.
İkinci partlayış isə yaralıların xəstəxanaya aparıldığı avtomobilin yaxınlığında qeydə alınıb.
Hadisə ilə bağlı təhlükəsizlik qüvvələri araşdırma aparır.
18:48 20.06.2026
Oxunuş sayı: 48