Türkiyə ilk dəfə NATO ölkəsinə hərbi gəmi ixrac etdi
Türkiyə ilk dəfə olaraq NATO üzvü olan bir ölkənin Hərbi Dəniz Qüvvələri üçün inşa etdiyi hərbi gəmini ixrac edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Rumıniya Hərbi Dəniz Qüvvələri üçün istehsal olunan “Cam. Roman” korveti rəsmi şəkildə Rumıniya tərəfinə təhvil verilib.
İstanbulda keçirilən təhvilvermə mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və Rumıniya Prezidenti Nikușor Dan iştirak ediblər.
Bu ixrac Türkiyənin müdafiə sənayesi sahəsində mühüm uğuru kimi qiymətləndirilir və ölkənin NATO müttəfiqləri ilə hərbi-texniki əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyətli addım hesab olunur.
19:10 20.06.2026
Oxunuş sayı: 42