Qazaxıstan yanacaq qıtlığının qarşısını almaq üçün sərhədlərdə nəzarəti gücləndirir
Qazaxıstanın Baş naziri Oljas Bektenov ölkədə yanacaq qıtlığının yaranmasının qarşısını almaq məqsədilə sərhədlərdə nəzarətin gücləndirilməsi və bütün zəruri tədbirlərin görülməsi barədə göstəriş verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Baş nazir sərhəd xidməti, Maliyyə Nazirliyi və Maliyyə Monitorinqi Agentliyinə birgə şəkildə neft məhsullarının sərhəddən qanunsuz keçirilməsi ilə bağlı bütün sxemlərin aşkarlanması və qarşısının alınmasını tapşırıb.
Bununla yanaşı, Qazaxıstanın Energetika Nazirliyinə neft məhsullarının istehsalı, ehtiyatları və istehlakı üzrə balansın daimi monitorinqinin aparılması həvalə olunub.
Bektenov qeyd edib ki, zərurət yarandığı halda əlavə tədbirlərin görülməsi ilə bağlı təkliflər operativ şəkildə hökumətə təqdim edilməlidir.
18:35 20.06.2026
Oxunuş sayı: 51