İsrail Livana genişmiqyaslı zərbələr endirdi, ölənlər var
Atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq, İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın cənubunda vəziyyətin kəskinləşdiyini bəyan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ordunun mətbuat xidmətinin məlumatına görə, bir gecə ərzində Hızbullah hərəkatının silahlıları sərhədyanı ərazidə fəaliyyət göstərən İsrail hərbçilərinə 50-dən çox mərmi atıblar.
Buna cavab olaraq İsrail ordusu Livanın cənubunda yerləşən onlarla hədəfə zərbələr endirib. Zərbələrin raket bölmələrinin mövqelərinə, silah anbarlarına və komanda məntəqələrinə yönəldiyi bildirilib.
Məlumata görə, İsrailin endirdiyi zərbələr nəticəsində təxminən 30 nəfər həlak olub.
Hadisə ilə bağlı əlavə məlumatların açıqlanacağı gözlənilir.
16:50 20.06.2026
Oxunuş sayı: 48