Ukraynanın Aİ-yə qəbulu Polşada narahatlıq yaradır
Polşa Prezidenti Karol Navrotski Ukraynanın Avropa İttifaqına üzvlüyünün Polşanın kənd təsərrüfatı sektoru üçün risklər yarada biləcəyini bildirib.
Crossmedia.az xarici mənbələrə istinadən xəbər verir ki, Navrotskinin sözlərinə görə, Ukraynanın Aİ-yə inteqrasiyası Polşa fermerlərinin maraqlarına və ölkənin aqrar sektoruna mənfi təsir göstərə bilər.
Prezident qeyd edib ki, bu məsələ Avropa İttifaqının gələcək genişlənmə siyasəti çərçivəsində diqqətlə qiymətləndirilməlidir.
Navrotski vurğulayıb ki, Polşa Ukraynaya dəstəyini davam etdirsə də, milli iqtisadi maraqların qorunması prioritet olaraq qalır.
15:47 20.06.2026
Oxunuş sayı: 54