Zelenski ilə bağlı qərara etiraz: orden geri qaytarılır
Polşadakı Ukrayna səfiri Vasili Bodnar Polşa rəhbərliyinin Ukrayna Prezidenti Volodimir Zelenskinin “Ağ Qartal” ordenindən məhrum edilməsi ilə bağlı qərarına cavab olaraq ona təqdim olunmuş “Polşa Respublikası qarşısında xidmətlərə görə” Kavaler Xaçı ordenini geri qaytaracağını bildirib.
Crossmedia.az xarici mənbələrə istinadən xəbər verir ki, diplomat bu addımını Polşa Prezidenti Karol Navrotskinin Zelenski ilə bağlı qərarına etiraz əlaməti kimi qiymətləndirib.
Bodnarın sözlərinə görə, ordenin geri qaytarılması iki ölkə arasında münasibətlərə deyil, konkret qərara verilən siyasi reaksiyadır.
Qeyd edək ki, Polşa və Ukrayna arasında son aylarda bir sıra siyasi və tarixi məsələlərlə bağlı fikir ayrılıqları müşahidə olunur.

15:22 20.06.2026
Oxunuş sayı: 55