Ukrayna dronlarının Rusiya neft bazalarına zərbələri iri yanacaq müqavilələrini pozur
Ukrayna pilotsuz uçuş aparatlarının Rusiya ərazisindəki neft bazalarına endirdiyi zərbələr iri yanacaq tədarükü müqavilələrinin icrasını çətinləşdirir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Verstka" nəşri məlumat yayıb.
Nəşr məhkəmə materiallarını araşdıraraq bildirib ki, dron hücumlarından sonra Rusiya neft bazaları saxlanılan yanacağın bir hissəsini itirir və müştərilər qarşısında öhdəliklərini yerinə yetirməkdə çətinliklərlə üzləşir.
Məlumata əsasən, Rusiya məhkəmələri bəzi hallarda bu cür hücumları “fors-major” kimi qəbul etmir. Qərarlarda qeyd olunur ki, neft infrastrukturuna hücumlar artıq sistemli təhlükə halını alıb və anbar sahibləri lazımi təhlükəsizlik tədbirlərini görməyiblər.
Hadisələrin Rusiya yanacaq sektoruna və daxili bazar tədarük zəncirinə təsir göstərdiyi bildirilir.
14:00 20.06.2026
Oxunuş sayı: 45