Türkiyə millisi 2026 Dünya Çempionatında pley-off şansını erkən itirib
Türkiyə milli futbol komandası 2026 FIFA Dünya Çempionatında qrup mərhələsindən pley-offa yüksəlmək şansını erkən itirib.
Crossmedia.az xəbər verir ki, iki turun ardından Türkiyə yığması heç bir xal toplaya bilməyib. İlk oyunda komanda Avstraliyaya 0:2 hesabı ilə məğlub olub.
İkinci turda isə Türkiyə Paraqvaya 0:1 hesabı ilə uduzub. Bu görüşün ikinci hissəsini rəqib azlıqda keçirməsinə baxmayaraq, Türkiyə komandası vəziyyətdən yararlana bilməyib.
Nəticədə Türkiyə millisinin turnirdə növbəti mərhələyə çıxmaq imkanları qrup mərhələsinin sonuna qədər nəzəri səviyyəyə enib.
13:35 20.06.2026
Oxunuş sayı: 61