Abbas Əraqçı İsveçrəyə səfər edə bilər
İranın xarici işlər naziri Abbas Əraqçı bu gün İsveçrəyə səfər etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Bununla belə, mənbələr səfərin qrafikində son anda dəyişikliklərin edilə biləcəyini istisna etmirlər.
Nəşrin yazdığına görə, Əraqçı ötən gün bir sıra xarici həmkarları ilə təmaslarında Livandakı atəşkəs məsələsinin İran üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.
İranlı nazir bildirib ki, Livandakı vəziyyət Tehran və Vaşinqton arasında aparılan danışıqların taleyinə təsir göstərə biləcək əsas amillərdən biridir.
“Axios”un ikinci mənbəyə istinadən yaydığı məlumata görə, İran nümayəndələri İsveçrəyə mümkün səfərdən əvvəl Livanda tam və davamlı atəşkəsin təmin olunmasını vacib şərt kimi qiymətləndirirlər.
Rəsmi Tehran hələlik səfərlə bağlı yekun qərarı açıqlamayıb.
10:55 20.06.2026
Oxunuş sayı: 52