3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsi bu gün başlayır
3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsi bu gün start götürəcək.
Crossmedia.az xəbər verir ki, "Neftçi SOCAR" və Azərbaycan millisi turnirə qatılacaq.
Yığma mübarizəyə seçmə mərhələdən başlayacaq. Komanda raundun A qrupunda, saat 10:00-da Tailand, saat 10:50-də Litva ilə üz-üzə gələcək.
"Neftçi SOCAR" əsas mərhələnin A qrupunda "Yanjing" (Çin) klubu və Çin millisi ilə münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşmalar müvafiq olaraq 16:05 və 17:55-də start götürəcək.
Xatırladaq ki, Dünya Seriyasının Sumqayıt mərhələsi iyunun 21-də başa çatacaq.
09:07 20.06.2026
Oxunuş sayı: 46