Slutski: Zelenskinin Belarusla bağlı ultimatumu nəticə verməyəcək
Ukrayna Prezidenti Volodimir Zelenskinin Belarus rəhbərliyinə ünvanladığı ultimatumun Kiyev üçün müsbət nəticə verməyəcəyi bildirilir.
Crossmedia.az TASS-a istinadən bildirir ki, bu fikri Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Leonid Slutski səsləndirib. Onun sözlərinə görə, Minskə qarşı təhdidlər əksinə, Moskvanı cavab addımları atmağa sövq edir.
Qeyd edək ki, Zelenski daha əvvəl Belarus istiqamətində yerləşdirildiyini iddia etdiyi hərbi texnikanın bir həftə ərzində sərhəd bölgəsindən çıxarılmayacağı təqdirdə, ona zərbə endirilməsi barədə göstəriş verə biləcəyini açıqlayıb.
06:55 20.06.2026
Oxunuş sayı: 52