Ərdoğan Sinqapurun Baş naziri ilə regional məsələləri müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Sinqapurun Baş naziri Lourens Vong ilə görüş keçirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Görüş zamanı tərəflər ikitərəfli əlaqələrin inkişaf perspektivlərini, ticarət və iqtisadi əməkdaşlıq imkanlarını, eləcə də regional və beynəlxalq gündəmdə yer alan məsələləri müzakirə ediblər.
Liderlər ölkələri arasında əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsinin vacibliyini vurğulayıb, regionda sabitlik və təhlükəsizliyin təmin olunması ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirilib.
00:24 20.06.2026
Oxunuş sayı: 51