Hicabsız konsert verən müğənni ilə bağlı sərt qərar
İranda məşhur müğənni Parastu Əhmədi və onun 8 nəfərlik yaradıcı komandası barədə ağır məhkəmə hökmü çıxarılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, onlar hicab qaydalarına riayət olunmadan keçirilən çıxışa görə əxlaqsız məzmun yaratmaqda ittiham ediliblər və hər birinə 74 şallaq cəzası verilib.
Bundan əlavə, məhkəmə qərarına əsasən, sənətçilərə 2 il müddətinə ölkədən çıxış qadağası qoyulub və onların bütün yaradıcılıq fəaliyyətləri tamamilə məhdudlaşdırılıb.
İnsan haqları təşkilatları qərarı sərt şəkildə tənqid edərək bunu qeyri-insani və əsassız adlandırıb və qadınların musiqi ifasının cinayət sayıla bilməyəcəyini bildiriblər.
23:28 19.06.2026
Oxunuş sayı: 57