ABŞ ilk dəfə İsraillə bağlı XƏBƏRDARLIQ ETDİ
ABŞ kəşfiyyat orqanları ilk dəfə olaraq İsraillə bağlı diqqətçəkən xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, kəşfiyyat strukturları İsrailin mövcud razılaşmanı poza biləcək addımlar ata biləcəyini istisna etmir.
Bildirilir ki, hazırlanan qiymətləndirmədə İsrailin istənilən anda vəziyyəti dəyişdirə biləcək qərarlar qəbul etmək ehtimalı qeyd olunub. Bu səbəbdən ABŞ kəşfiyyatı Prezident Donald Tramp administrasiyasına prosesləri diqqətlə izləməyi və ehtiyatlı davranmağı tövsiyə edib.
Mənbələrin sözlərinə görə, xəbərdarlıq regiondakı gərgin vəziyyət və davam edən diplomatik təmaslar fonunda edilib. Hələlik ABŞ və İsrail rəsmiləri məsələ ilə bağlı rəsmi açıqlama verməyiblər.
10:42 20.06.2026
Oxunuş sayı: 59