ABŞ kəşfiyyatı Tramp administrasiyasını Netanyahu ilə bağlı xəbərdar edib
ABŞ kəşfiyyat orqanları Prezident Donald Trampın administrasiyasını İsrailin Baş naziri Benjamin Netanyahu ilə bağlı xəbərdar edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Netanyahu Vaşinqton və Tehran arasında əldə olunmuş yeni sülh sazişini təhlükə altına sala biləcək addımlar ata bilər. Bu barədə ˝The Washington Post ˝qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ kəşfiyyatı İsrail rəhbərliyinin mümkün hərəkətlərinin ABŞ ilə İran arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş diplomatik səylərə mənfi təsir göstərə biləcəyini hesab edir.
Hələlik nə Ağ Ev, nə də İsrail hökuməti məlumatla bağlı rəsmi açıqlama verməyib.
23:55 19.06.2026
Oxunuş sayı: 46