XƏBƏRDARLIQ: Qarşıdan gələn aylar daha da isti olacaq
Yay mövsümünün hələ ilk ayı olmasına baxmayaraq, son günlər müşahidə olunan yüksək temperatur cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Bir çox bölgələrdə havanın normadan artıq isti keçməsi, insanların günvurma halları ilə üzləşməsi və gündəlik həyatın ritminin dəyişməsi diqqət çəkir. İqlim dəyişiklikləri fonunda son illərdə yay aylarının daha sərt keçməsi ilə bağlı müzakirələr artsa da, hazırkı temperatur göstəricilərinin mövsümi normalar daxilində olub-olmaması və qarşıdakı aylarda vəziyyətin necə dəyişəcəyi maraq doğuran əsas suallardandır.
Bəs müşahidə olunan istilər adi yay havası hesab oluna bilərmi? İyul və avqust aylarında temperaturun daha da yüksələcəyi gözlənilirmi və bu il yay mövsümü əvvəlki illərlə müqayisədə daha isti keçə bilərmi?
Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli Crossmedia.az-a açıqlama verib:

“Bir müddət əvvəl hər yerdə yağıntı var idi, hər kəs deyirdi ji, fəsillər yerini dəyişib. Təbiət öz işini normal davam etdirir. Bəli, bu gün iqlim dəyişikliyi müşahidə olunur. Bu iqlim dəyişikliyinin səbəbkarları da biz insanlarıq. Nə qədər ki, biz, öz hərəkətlərimizə və mədəniyyətimizə korrektələr etməyəcəyik, belə də davam edəcək. Qeyd edim ki, hələ yay fəsli gəlməyib. İyun ayı yay fəslinin ilk ayıdır, lakin yay rəsmən 22 iyunda gəlir. Əlbəttə son günlər isti keçir, bu normaldır. Bizim mülayim subtropik qurşaqda yay fəslidir. Bu yayın isti olması da bizim coğrafi region üçün normal haldır. Bu baxımdan qorxulacaq nəsə yoxdur. Günvurma hadisəsinin olmaması üçün çətirlərdən və baş örtülərindən istifadə edilməlidir. Qarşıdan gələn iyul avqust ayları da bu cür isti keçəcək. Heç bir anormallıq yoxdur və narahat olmağa dəyməz”.
Ayhan
10:05 20.06.2026
Oxunuş sayı: 54