Ermənistanda daha altı siyasi qüvvə parlament seçkilərinin nəticələrinə etiraz edib
Ermənistanda daha altı siyasi qüvvə parlament seçkilərinin nəticələrinin yenidən nəzərdən keçirilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Müraciət edənlər arasında Ermənistanın ikinci prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku, Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” Partiyası, eləcə də “Birliyin Qanadları”, “Demokratiya, Qanun, İntizam”, “Respublika naminə Demokratiya Müdafiəçiləri İttifaqı” və “Yeni Güc” siyasi təşkilatları yer alır.
Siyasi qüvvələr parlament seçkilərinin nəticələrinin yenidən qiymətləndirilməsini və seçki prosesində yol verilmiş pozuntuların araşdırılmasını tələb edirlər.
23:50 19.06.2026
Oxunuş sayı: 45