Bu il çimərlikdə daha diqqətli olmaq lazımdır
Çimərlik mövsümü iyun ayının 15-dən vətəndaşların və turistlərin istifadəsinə verilib. Çimərliklər bir çox hallarda insanların əyləndiyi, istirahət etdiyi yer olsa da, bir çox hallarda xoşagəlməz nəticələrə yol açır. Düzgün təhlükəsizlik qaydalarına əməl etmədikdə, çimərlikdə davranış qaydalarını bilmədikdə boğulma halları qeydə alınır. Bu da vətəndaşların daha məsuliyyətli olmasını və çimərlik qaydalarını daha yaxşı bilməsini zəruri edir.
Mövzu ilə bağlı təhlükəsizlik eksperti Samir Nəbiyev Crossmedia.az-a açıqlama verib:

“Ümumiyyətlə çimərlikdə ilk olaraq xüsusi nişanlar olan ərazilərdə, çimərliyə icazə verilən ərazilərə üzmək lazımdır. Qadağan edici nişanlar var ki, o ərazilərə qəti girmək olmaz. Dənizə girən zaman qırmızı lentlə hüdudlanmış ərazilərə girmək olmaz. İnsanlar spirtli içki qəbul edərək çimərliyə daxil olur ki, bu həm onların həm də digər insanların həyatını təhlükəyə atır. Dərinliyi məlum olmayan ərazilərə baş vurmaq qəti şəkildə qadağandır”.
Ekspert əlavə edib ki, uşaqlar isə daim valideyn nəzarətində olmalıdır: “Uşaqları nəzarətsiz nə çimərlik ərazisinə nə də dənizə qəti buraxmaq olmaz. O cümlədən günəş vannası qəbul edən zaman kifayət qədər maye qəbul etmək, gün eynəyindən və şapkadan istifadə etmək mütləqdir. Paralel olaraq çimərlikdə günəş vannası qəbul edən zaman da xüsusi diqqət ayıracağımız zaman çərçivəsi 11:00 – 17:00 arasıdır ki, bu vaxt çimərlikdə olmaq tövsiyyə edilmir”.
Ayhan
10:30 20.06.2026
Oxunuş sayı: 65