Orden böhranı böyüyür: Sibiqa Polşaya qarşı addım atdı!
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Polşa Ukrayna Prezidenti Vladimir Zelenskiyə verilən “Ağ Qartal” ordeninin geri alınmasına cavab olaraq, ona təqdim edilmiş Polşa dövlət mükafatını geri qaytaracağını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sibiqa bu qərarı strateji səhv adlandıraraq bildirib ki, belə addımlar yalnız Moskvanın xeyrinə işləyir.
Nazir Varşavada emosiyaların üstünlük təşkil etdiyini və bunun Polşa siyasətçilərini qeyri-adekvat və təhqiredici qərarlar verməyə apardığını qeyd edib.
O, 2022-ci ildə aldığı Polşaya xidmətə görə Komandor xaçı və ulduz ordenini də geri qaytaracağını deyib.
Sibiqa vurğulayıb ki, Ukrayna Polşa ilə tarixi və həssas məsələlərin həlli, ekshumasiya və elmi əməkdaşlıq sahəsində uzun müddətdir iş aparır və bir sıra nəticələr əldə olunub.
Onun sözlərinə görə, hazırda da Polşanın istəyi ilə Huta-Penyatska bölgəsində axtarış işləri davam edir.
Nazir əlavə edib ki, son gərginlik iki ölkə arasında münasibətlərə zərər verir və bu vəziyyət nə Ukraynaya, nə də Polşaya fayda gətirir.
23:10 19.06.2026
Oxunuş sayı: 47