İstanbul metrosunda qəza: qatar relsdən çıxdı - YENİLƏNİB
Türkiyənin İstanbul şəhərində Sabiha Gökçen Hava Limanına doğru hərəkət edən metro qatarının relsdən çıxması nəticəsində üç nəfər xəsarət alıb.
Crossmedia.az bu barədə NTV-yə istinadən xəbər verir.
Məlumata görə, üç nəfərə hadisə yerində tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.
Bununla yanaşı, hadisənin relsin yoldəyişmə sistemindəki nasazlıq səbəbindən baş verdiyi bildirilib.
23:00
Türkiyənin İstanbul şəhərində metro qatarının relsdən çıxdığı bildirilir.
Crossmedia.az bu barədə xəbər verir ki, hadisə zamanı sərnişinlər tunel vasitəsilə təxliyə olunur. Hazırda xəsarət alanlarla bağlı rəsmi məlumat yoxdur.
Hadisənin səbəbləri araşdırılır.
23:12 19.06.2026
Oxunuş sayı: 52