Zelenskiyə verilən ən yüksək Polşa ordeni geri alındı
Ukrayna Prezidenti Vladimir Zelenski Polşanın ən yüksək və ən qədim dövlət mükafatı olan “Ağ Qartal” ordenindən məhrum edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qərarı Polşa Prezidenti Karol Navrotski açıqlayıb. O, bu addımı Ukraynada UPA ilə bağlı bəzi şəxslərin qəhrəmanlaşdırılmasının Polşa tərəfi üçün qəbuledilməz olması ilə əsaslandırıb.
Qeyd olunur ki, “Ağ Qartal” ordeni 1705-ci ildə kral II Avqust tərəfindən təsis edilib və ən yüksək dövlət mükafatı hesab olunur. Bu orden adətən yalnız xüsusi xidmətləri olan dövlət xadimlərinə verilir.
Zelenski bu mükafatı 2023-cü ilin aprelində Polşanın o zamankı prezidenti Andjey Duda tərəfindən almışdı.
22:56 19.06.2026
Oxunuş sayı: 41