Tramp: İranın hava qüvvələri və donanması məhv olub
ABŞ prezidenti Donald Tramp İranın hərbi gücü ilə bağlı sərt açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, müharibə İranı zəiflədib və ölkənin əsas hərbi imkanları sıradan çıxıb:
“İran zəifləyib! Onların artıq nə hərbi hava qüvvələri, nə donanması, nə zenit texnikası, nə radarları, nə də demək olar ki, heç nələri qalıb. Amma demokratlar deyirlər ki, İran indi dörd ay əvvəlkindən daha yaxşı vəziyyətdədir. Bunu təsəvvür edə bilirsinizmi? Necə bu qədər axmaq olmaq olar?” – deyə Tramp vurğulayıb.
21:28 19.06.2026
Oxunuş sayı: 58