Ben-Qvirdən sərt açıqlama: Livan tamamilə məhv edilməlidir
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Livanla bağlı kəskin bəyanat verib. O, danışıqlara son qoyulmasını və Livanın tamamilə məhv edilməsini tələb edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ben-Qvir bildirib ki, İsrail vətəndaşlarının təhlükəsizliyi və əsgərlərin həyatının qorunması hər şeydən üstündür:
İsrail bütün dünyaya izah etməlidir ki, vətəndaşlarımızın qanı yerdə qala bilməz. Livan tamamilə məhv edilməlidir.
O həmçinin qeyd edib ki, Yaxın Şərqdə mülayim cavablarla qalib gəlmək mümkün deyil və terrora qarşı daha sərt addımlar atılmalı olduğunu vurğulayıb.
Nazir sözlərini terrorizmin məhv edilməsi çağırışı ilə yekunlaşdırıb.
20:16 19.06.2026
Oxunuş sayı: 45