Ermənistan Avropa İttifaqından 34 milyon avro aldı
Avropa İttifaqı (Aİ) Ermənistana Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərin təsirlərinin aradan qaldırılması məqsədilə 34 milyon avro maliyyə yardımı ayırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinədən xəbər verir.
Ermənistandakı Aİ nümayəndəliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, bu vəsait Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tərəfindən elan edilmiş geniş dəstək paketinin ilk tranşıdır.
Bildirilib ki, paket çərçivəsində ticarət prosedurlarının sadələşdirilməsi, həmçinin Ermənistanın iqtisadi dayanıqlığının gücləndirilməsinə yönəlmiş həmrəylik tədbirləri nəzərdə tutulur.
20:08 19.06.2026
Oxunuş sayı: 47